Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib. Futbolinfo.az xəbər verir ki, "Qaziantepspor" klubu baş məşqçisi Bülənt Uyğun ilə yollarını ayırıb.
Super Liqada istədiyi uğuru qazana bilməyən "Qaziantepspor"un baş məşqçisi Bülənt Uyğun klub prezidenti İbrahim Qızıl ilə görüşərək müqaviləni qarşılıqlı şəkildə ləğv edib.
Qeyd edək ki, bu, son bir həftə ərzində Super Liqada baş tutan ikinci baş məşqçi istefasıdı. Bundan əvvəl "Kayserispor"un baş məşqçisi Robert Prosineçki "Beşiktaş"a 0:3 hesablı ev məğlubiyyətindən sonra istefa vermişdi.
Maraq üçün bildirək ki, geridə qalan 11 turda sonra "Qaziantepspor" 8 xalla 16-cı, "Kayserispor" isə 6 xalla sonuncu pillədə qərarlaşıb.





