Futbol üzrə Türkiyə Kubokunun 4-cü turunun püşkü atılıb. Futbolinfo.az xəbər verir ki, bu turda çıxış edəcək bütün komandaların rəqibləri bəlli olub.
Qeyd edək ki, bu turda 3-cü turun qalibi olmuş 27 komanda ilə yanaşı ölkəni avrokuboklarda təmsil edən 5 komanda 16 vəsiqə uğrunda mübarizə aparacaq.
Bu turda da qalib bir oyunda müəyyənləşəcək. Oyunlar dekabrın 3, 4 və 5-də keçiriləcək.
Maraq üçün bildirək ki, bu turda çıxış edəcək komandalar arasında azərbaycanlı futbolçuların top qovduğu klublar da var. Andrey Popoviçin şərəfini qoruduğu "Tavşanlı Linyitspor" "Akhisar BS" ilə üz-üzə gələcək. Digər qapıçımız Davud Kəriminin çıxış etdiyi "Fəthiyəspor"u isə Super Liqanın lideri "Fənərbaxça" ilə duel gözləyir.
Türkiyə Kuboku
4-cü tur
Tavşanlı Linyitspor – Akhisar BS
Balıkəsirspor – Trabzonspor
Bucaspor – Beşiktaş
Sivasspor – Silivrispor
Dəmirspor – Bursaspor
Bandırmaspor – Elazığspor
Əskişəhirspor – Vanspor
Antalyaspor – Çankırıspor
Fənərbaxça – Fəthiyəspor
Kayserispor – 1461 Trabzon
Qalatasaray – Qaziantep Bələdiyyəspor
Tarsus İdman Yurdu – Kayseri Ərciyyəspor
İnegölspor – Qaziantepspor
Kardemir Karabükspor – Hacəttəpə
Gənclərbirliyi – Nazilli Bələdiyyəspor
Tokatspor – İstanbul BB





