İngiltərənin "Mançester Yunayted" klubu son vaxtlar az forma şansı qazanan meksikalı oyunçusu Xavyer Hernandesi satmaq fikrindədi. Futbolinfo.az xəbər verir ki, Çikaritonun "qırmızı şeytanlar"ın əzəli rəqibi "Arsenal"a transferi gündəmə gəlib.
İngiltərə mətbuatının yazdığına görə, məhz daim oynamadığı üçün futbolçu iş yerini dəyişmək istəyr. Bu üzdən onun qış transfer pəncərəsində İngiltərənin digər nəhəngi "Arsenal"a keçidi istisna olunmur.
2010-cu ilin avqustunda ilk dəfə MY-də forma geyən və 81 oyuna 34 qol vuran Hernandes bu oyunların 38-də sonradan meydana daxil olub.
Xatırladaq ki, Hernandesin müqaviləsinin müddəti 2016-cı ilin iyununda başa çatacaq.





