"Neftçi"nin sabiq futbolçusu Xose Luis Kabion Çili mətbuatına açıqlama verib. Futbolinfo.az xəbər verir ki, paytaxt klubunun sabiq yarımmüdafiəçisi Azərbaycan çempionatındadakı karyerası barə bunları deyib:
 
"Futbol dünyanın hər yerində məşhurdu. Lakin mən sərhədləri aşdım. Nikolas Kanales mənimlə əlaqə yaratdı və məni özüylə Azərbaycana apardı. Ölkə xaricində və böyük klubda oynamaq olduqca gözəl təcrübə idi. Mənə dəstək olmaları üçün ailəmi Azərbaycana aparmışdım".
 
Xatırladaq ki, paytaxt klubundakı karyerası yaxşı alınmayan Luis Kabion sadəcə 1 oyunda meydana çıxmışdı. Məhz bu üzdən o, qısa müddət sonra geri qaytarılmışdı.
Shares: