“Borussiya”nın (Dortmund) futbolçusu Nuri Şahinin Belarus və Şimali İrlandiya ilə hazırlıq matçı üçün Türkiyə millisinə dəvət olunmamasının səbəbi məlum olub. Futbolinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Dortmund təmsilçisinin baş məşqçisi Yurgen Klopp yığmanın çalışdırıcısı Fatih Terimə zəng edərək türk oyunçunun milliyə çağırılmamasını istəyib.
 
Alman mütəxəssis bunu klubun "Bavariya" ilə vacib matça çıxmaları ilə əlaqələndirib. F.Terim isə Kloppun bu istəyini anlayışla qarşılayaraq Nuri Şahini yığmaya dəvət etməyib.
Shares: