İtaliya çempionatında ötən həftə  oynanılan "Yuventus" – "Napoli" oyununda ev sahibi komandanın azarkeşlərinin rəqib əleyhinə söylədiyi təzahüratlar turinlilərə baha başagəlib. Futbolinfo.az xəbər verir ki, buna görə "Yuve"yə cəza verilib.
 
Belə ki, "qoca sinyora" qarşıdakı iki oyunda azarkeşsiz oynamalı olacaq. Turin klubu bundan əlavə 50 min avro cərimə də olunub.
 
Xatırladaq ki, "Yuve"nin cəzası "Udineze" və "Sassuolo" oyunları üçün keçərli olacaq.
Shares: