Futbol üzrə Azərbaycan yığmasının və Türkiyənin "Əskişəhərspor" klubunun müdafiəçisi Ufuk Budak komandasında oynamaq şansı qazanmamasının səbəblərindən danışıb. Futbolinfo.az xəbər verir ki, millimizin futbolçusu bunları söyləyib:
"Əsas heyətə düşə bilməməyimin səbəbini heç özüm də bilmirəm. Bunu baş məşqçi daha yaxşı bilər. "Əskişəhərspor"dakı taleyimə qışda aydınlıq gələcək. Karyeramı Azərbaycanda davam etdirmək? Təbii ki, təklif olsa, düşünməyə dəyər. Amma bunu menecerimlə danışmaq lazımdı".





