Futbol üzrə Azərbaycan yığmasının və "Qarabağ"ın müdafiəçisi Rəşad Sadıqovun futbolinfo.az saytına müsahibəsi
 
– "Qarabağ" son turda yenə xal itirdi. AZAL sindiromuna münasibətiniz necədi?
– Bu, futboldu. Heç kim meydana təslim olmaq üçün çıxmır. Belə komandaların çıxışı çempionata marağı daha da artırır.
 
– Bu xal itkisində sizin yoxluğunuz nə dərəcə də hiss olundu?
– Mən deyərdim ki, yoxluğum bir o qədər də hiss olunmadı. Onu qeyd edim ki, bizim suni ot ötdüyü olan meydançalarda həmişə problemimiz olur. Bu oyunda da qazona alışa bilməməyimiz çıxışımıza birbaşa təsirini göstərdi.
 
– "Qarabağ"ın xal itirməsindən maksimum yararlanan "Neftçi" liderlə xallarını bərabərləşdirdi…
– Normaldı. Əgər hər hansı bir komanda çempionluğa oynayırsa, rəqibinin xal itirməsinə göz dikir. "Neftçi" də bundan yararlandı. Çempionat hələ indi başlayıb. İrəlidə hər şey ola bilər.
 
– AZAL ilə qarşılaşmada oyunun baş hakimi Rəhim Həsənova səslənirdiz. Onun idarəçiliyindən narazı idiz?
– Ümumiyyətlə, Rəhim Həsənov oyunu normal idarə etdi. Sadəcə, rəqib komandanın futbolçusunun bizim oyunçuya zərbə vurub, özünün də yerə yıxılmasına etiraz edirdim. Yəni bu, rəqibə zərbə vurubsa, özünü yerə yıxıb həkimlərin tez-tez oyuna daxil olmasına çalışırsa, hakim buna imkan verməməliydi.
 
– Komandanızda 2 qapıçı olmasında baxmayaraq, 3-cü qapıçının transfer edilməsinə komandanın kapitanı kimi münasibətiniz necədi?
– Bunlar hamısı komandanın xeyri üçün atılan addımlardı. Rəqabət nə qədər güclü olsa, bundan komandamız qazanacaq.
 
– AZAL ilə oyunda zədə səbəbindən oyunu kənardan izlədiz. Zədəniz nə yerdədi?
– Zədəmin ciddiliyi hələ də davam edir. Çox güman ki, qarşıdakı Estoniya və Qırğızıstanla yoldaşlıq görüşlərində komandamıza kömək edə bilməyəcəm.
 
– Sizin kimi komandanın aparıcı futbolçularından bir neçəsi zədəlidi. Sizcə, bu, millimizin oyununa təsir edəcək?
– Fikrimcə, heç bir təsir göstərməyəcək. Bu, klub deyil ki, hansısa aparıcı oyunçu zədələnsin, onun yoxluğu dəsrhal hiss olunsun. Milli komandamızda aparıcı oyunçuları layiqincə əvəzləyə biləcək futbolçular var.
 
– Estoniya və Qırğızıstan milli komandaları ilə keçirləcək görüşlərdən hansı nəticəni gözləyirsiz?
– Öncə onu deyim ki, belə yoldaşlıq görüşlərinin keçirilməsi yığmamızın xeyrinədi. 
Çünki bir çox gənc futbolçular özünü göstərmək şansı qazanırlar. Əlbəttə, milli komandamızın qələbə qazanıb, FİFA reytinqdə yerini yaxşılaşdırmasını istəyirəm.
Shares: