“Borussiya”nın (Dortmund) idman direktoru Yoahim Vatske Marko Roysun komandanı tərk edə biləcəyini deyib. Futbolinfo.az xəbər verir ki, bu hal hər hansı komandanın təyin olunmuş məbləği ödədiyi təqdirdə baş verə bilər.
Vatske bildirib ki, Roysun klubla bağladığı müqavilədə futbolçunun istənilən vaxt sərbəst qalma maddəsində göstərilən pulu ödəyib komandanı tərk etmə hüququ var. Yarımmüdafiəçinin sözləşməsi 2017-ci ildə başa çatsa da, artıq bir çox Avropa klubları onu transfer etmək istəyir. Klubun transfer üçün istədiyi məbləğin 35 milyon avro olduğu bildirilir.
Qeyd edək ki, hazırda onunla “Arsenal”, “Mançester Yunayted”, “Barselona” və PSJ kimi klublar maraqlanır.





