“Mançester Yunayted”in forvardı Robin van Persi yığma komandasına Yaponiya və Kolumbiya ilə yoldaşlıq oyunlarında kömək edə bilməyəcək. Futbolinfo.az xəbər verir ki, buna səbəb qolçunun İngiltərə çempionatındakı fasilədən istifadə edib zədəli olan nahiyələrini sağaltmaq istəməsidi.
 
Qasıq nahiyəsində və ayaq barmağındakı yaradan əziyyət çəkən Robin millinin baş məşqçisi Lui van Qalın icazəsiylə heyətdən çıxarılıb.
 
Qeyd edək ki, cari mövsüm 7 qolla yadda qalan van Persi son oyunlara ağrıkəsici preparatların köməyi ilə çıxa bilmişdi.
Shares: