“Korintians”ın hücumçusu Aleşandre Pato “Beşiktaş”a keçməkdən imtina edib. Futbolinfo.az xəbər verir ki, klubu futbolçunu satmağa razı olsa da, forvard bundan imtina edib.
Qeyd edək ki, Patonun hüquqlarının yalnız 60 %-i “Korintians”a məxsusdu. Qalan hissə isə futbolçunun özündədi. Transferin baş tutmamasının səbəbi İstanbul klubunun Patoya az pul təklif etməsi olub.
Aleşandro cari mövsüm Braziliya çempionatında 26 oyunda 9 qol vurub.





