Futbol üzrə Azərbaycan millisinin və Rusiyanın "Rubin" klubunun müdafiəçisi Ruslan Abışov millinin mətbuat üçün açıq məşqində jurnalistlər önünə çıxıb. Futbolinfo.az xəbər verir ki, futbolçu millimizin qarşıdan gələn Estoniya və Qırğızıstanla oyunları ilə yanaşı öz karyerasıyla bağlı sualları da cavablandırıb:
– Millini qarşıda iki sınaq gözlənir. Estoniya və Qırğızıstan ilə oyunlardan hansı nəticəni gözləyirsiz?
– Mən də mətbuatdan tanışam ki, Qırğızsıstan millisi son oyunlarda böyük hesabla uduzub. Məhz bu amil bizdə təzyiq yaradır. Biz də onları məğlub etməliyik. Tək Qırğıstanla oyunda yox, həm də Estoniya ilə oyunda qələbə qazanmalıyıq.
– “Rubin”in heyətində sizə o qədər də çox şans verilmir. Bu, nə ilə əlaqədardı?
– Bəli, "Rubin"də çox az şans qazanıram. Ancaq bu komandada rahatam. Çalışacam ki, bundan sonra komandamda daha da möhkəmlənim.
– Bəli, "Rubin"də çox az şans qazanıram. Ancaq bu komandada rahatam. Çalışacam ki, bundan sonra komandamda daha da möhkəmlənim.
– “Qəbələ”dən sizə təklif gəldiyi bildirilir. Bu şansı necə dəyərləndirmək fikrindəsiz?
– Bəli, mənə “Qəbələ”dən də, başqa yerli klublardan da təklif gəlib. Hər bir komandamıza hörmətlə yanaşsam. Ancaq onları başa düşə bilmirəm. Axı niyə imkan vermirlər, biz yerli futbolçular xaricdə oynamaq barədə düşünək? Belə hallar adamın fikirlərini yayındırır. Mən “Rubin”in futbolçusuyam və komandamda möhkəmlənəcəyimə inanıram.






