Topaz Premyer Liqasının 14-cü turunda "Qarabağ" mərkəzi arenada "Rəvan"ı qəbul edəcək. Futbolinfo.az xəbər verir ki, qonaqların şərəfini qoruyan Mişel Balokoq Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qaşrılaşmanı tribunadan izləməli olacaq.
 
Buna səbəb isə Balokoqun sarı vərəqə limitini doldurmasıdı.
 
Qeyd edək ki, "Qarabağ" – "Rəvan" qarşılaşması noyabrın 24-də baş tutacaq.
Shares: