Portuqaliya millisi və "Real" ciddi itki ilə üzləşib. Futbolinfo.az xəbər verir ki, söhbət bu komandaların lideri Kriştianu Ronaldodan gedir.
Forvard milli komandanın məşqləri zamanı ayağından zədələnib. Ulduz futbolçu hazırda məşqlərə qatıla bilmir. Onun zədəsini nə vaxt sağaldacağı ilə bağlı hələlik məlumat verilmir.
Qeyd edək ki, Ronaldo DÇ-nin pley-off matçları üçün millinin düşərgəsinə yollanmışdı.





