“Barselona”nın ispan qapıçısı Viktor Valdes komanda yoldaşı Lionel Messi haqda danışıb. Futbolinfo.az xəbər verir ki, təcrübəli qolkiper Messini "futbol tanrısı" adlandırıb:
 
“Fikrimcə, Messi əsrarəngiz bir futbolçudur. O, "futbol tanrısı"dı. Mən onun oyunundan həzz alıram və fəxr edirəm ki, Leoyla eyni komandada oynayıram. Messi komanda üçün çox böyük üstünlükdür Fikirləşirəm ki, “Barselona” hər zaman Messidən asılı olacaq. Çünki o, dünyanın ən güclü futbolçusudu”.
Shares: