"Real"ın yarımmüdafiəçiləri Sami Hedira və Anhel di Mariya “Mançester Yunayted”in maraq dairəsinə düşüb. Futbolinfo.az xəbər verir ki, mankunyanların məşqçilərindən olan Fil Nevil “Real” – “Sevilya” (7:3) görüşündə adı çəkilən futbolçuları yaxından izləmək üçün stadionda olub.
Lakin Karlo Ançelotti iki futbolçunu eyni vaxtda göndərməyə hazır olmadıqlarını deyib.
“Real”ın Hedira və di Mariya üçün yüksək təzminat tələb etdiyi də bildirilir.





