Ötən mövsümün sonunadək "Real"da Joze Mourinyonun köməkçisi olan Aytor Karankanın yeni iş yeri bəlli olub. Futbolinfo.az xəbər verir ki, ispan məşqçi "Mildsbro" ilə anlaşıb.
Tərəflər 2,5 illik müqaviləyə imza atıblar. Çempionşip klubu yeni baş məşqçisini ictimaiyyətə bu gün təqdim edəcək.
Qeyd edək ki, bu Karankanın ilk baş məşqçilik təcrübəsi olacaq.





