Türkiyənin "Qaziantepspor" klubunun şərəfini qoruyan Artyom Milevski ölümdən dönüb. Futbolinfo.az xəbər verir ki, ukraynalı forvard avtomobil qəzasına düşüb.
 
Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən istifadə edən Artyom vətəninə gedibmiş. O, bu gün səhər saatlarında Ukraynadan Qaziantepə qayıdıb. Hava limanındakı dayanacaqdan "AA1010CK" seriya nömrə nişanlı "Ferrari" markalı avtomobili ilə yola düşən futbolçu klub bazasına doğru hərəkət edib. Sürətli hərəkət zamanı idarəetməni itirən 28 yaşlı futbolçunun avtomobili səkiyə çırpılıb. O, hadisədən sonra ilk olaraq klub rəsmilərindən kömək istəyib.
 
Hadisədən xəsarət almadan qurtulan ukraynalı futbolçu ifadə vermək üçün polis bölməsinə aparılıb. İfadə verdikdən sonra sərbəst buraxılan Milevskinin spirtli içki qəbul etdiyi aşkarlanıb.
Shares: