İngiltərənin "Arsenal" klubu Tomas Rosiçkinin qarşısına maraqlı şərt qoyub. Futbolinfo.az xəbər verir ki, komanda rəhbərliyi çex futbolçu ilə müqaviləni bir şərtlə uzadacaq ki, o, klub heyətində bu mövsüm ən azı 25 matçda oynasın.
 
Tomas Rosiçkinin müqavilə müddəti 2014-cü ildə bitəcək. Tomasın aldığı zədələrə baxmayaraq, klub rəhbərliyi onunla müqavilə müddətini artırmaq fikrindədi. Bunun üçün o, "Arsenal" forması altında 25 oyun oynamalıdı.
 
Xatırladaq ki, 33 yaşlı orta sahə oyunçusu "Arsenal"a 2006-cı ildə "Borrusiya" (Dortmund) komandasından keçib. Bu müddət ərzində "topçular"ın heyətində 326 oyun keçirən Rosiçki rəqib qapılarından 44 top keçirib.
Shares: