Türkiyə Super Liqasının son turunda üz-üzə gələn "Kayserispor" və "Beşiktaş" komandalarının oyunu "qara qartal"ların 3:0 hesablı inamlı qələbəsiylə başa çatmışdı. Futbolinfo.az xəbər verir ki, oyundan sonra "Kayserispor"un baş məşqçisi Robert Prosineçki istefa ərizəsini klub rəhbərliyinə təqdim etmişdi.
Lakin klub rəhbərliyi onun bu istefasını qəbul etməyib. Bu gün yayılan rəsmi açıqlamada Kayseri klubunun Prosineçki ilə yola davam etmək qərarı aldığı bildirilir.





