"Martino çox tələbkardı, bu xüsusiyyət hər bir komanda üçün faydalıdı. Onun güclü iradəsi var. Yaxşı oynayıb, böyük hesablı qələbə qazananda belə qapımızdan top buraxsaq bizi danlayır. Rəqibə qol vurmaq şansı verdiyimiz üçün bizə əsəbiləşir. Xüsusilə də, Çempionlar Liqası və Kral Kubokun pley-off mərhələsində. Axı bu turnirlərdə vurulan qollar həlledici ola bilər".
Futbolinfo.az xəbər verir ki, bu fikirlərlə “Barselona”nın yarımmüdafiəçisi Serxio Buskets çıxış edib.
Qeyd edək ki, Martino “Barsa”da hələ ki, məğlubiyyət üzü görməyib.





