"Mançester Siti"nin hücumçusu Edin Dzeko qışda komandasını tərk edəcək. "Futbolinfo.az"ın İngiltərə mətbuatına istinadən verdiyi məlumata görə, bosniyalı "Roma"nın maraq dairəsinə düşüb.
27 yaşlı futbolçunun artıq "Roma" ilə anlaşmağa yaxın olduğu iddia edilir. Lakin təcrübəli futbolçu ilə "İnter" də yaxından maraqlanır. İstənilən halda böyük ehtimalla, Dzeko yanvardan A Seriyasında top qovacaq.
Qeyd edək ki, 2011-ci ildən "Mançester Siti"də çıxış edən Dzeko keçirdiyi 83 oyunda 33 qola imza atıb.





