Cari mövsüm uğurlu çıxışı ilə diqqət çəkən “Roma" qışda heyətini gücləndirməyi planlaşdırır. Futbolinfo.az xəbər verir ki, paytaxt təmsilçisi "Atletiko"nun hücumçusu Adrian Lopesi transfer etməkdə maraqlıdı.
Rəhbərlik qış fasiləsində Madrid klubuna rəsmi təklif göndərəcək. Tərəflər arasında razılıq əldə olunarsa, Lopes yanvardan "Roma"nın şərəfini qoruyacaq.
Qeyd edək ki, bu mövsüm 12 oyunda meydana çıxan futbolçu ilə "Liverpul" da yaxından maraqlanır.





