Gələn il Braziliyada keçiriləcək dünya çempionatına vəsiqə qazanmaq yolunda son mərhələ olan pley-off oyunları davam edir. Futbolinfo.az xəbər verir ki, ötən axşam iki qarşılaşma baş tutub.
Cənubi Amerika təmsilçisi Uruqvay səfərdə İordaniyanın qonağı olub və rəqibini 5:0 hesabı ilə darmadağın edib. Digər oyunda Meksika millisi doğma azarkeşkəri önündə Yeni Zellandiya ilə qarşılaşıb. Şimali Amerika təmsilçisi rəqibinə 5:1 hesabı ilə qalib gəlib.
Bununla da demək olar ki, Uruqvay və Meksika növbəti mərhələyə vəsiqəni təmin edib.





