Jeremi Menes PSJ-ni tərk edə bilər. Futbolinfo.az xəbər verir ki, Fransa mətbuatı bu barədə intensiv xəbər yaymağa başlayıb.
Onlar yarımmüdafiəçinin karyerasını İtaliyada davam etdirməyə yaxın olduğunu vurğulayır. Belə ki, "Yuventus" Menesi heyətinə qatmağı planlaşdırır. 27 yaşlı futbolçunun Paris klubu ilə sözləşməsi 2014-cü ilin yayında bitir. Odur ki, PSJ qışda Jeremini satmasa, yayda futbolçunun azad agent kimi klubdan ayrılmasına göz yummalı olacaq.





