"Qəbələ" futbolçu axtarışlarını Qanada davam etdirir. Futbolinfo.az xəbər verir ki, bu səbəbdən klubun bir neçə nümayəndəsi ölkəni tərk edib.
Klubun baş meneceri Zaur Əzizovla "Qəbələ" Futbol Akademiyasının məşqçiləri Böyükağa Ağayev və İsmayıl Əliyevdən ibarət qrup Qanada baş tutan akademiyalararası turniri izləyəcək. Bu turnirə əksər avropalı seleksionerlər dəvət edilib.





