"Bavariya"nın 2012/2013 mövsümündəki gəlirləri açıqlanıb. Futbolinfo.az Almaniya mətbuatına istinadən xəbər verir ki, “pivəçilər” rekord qazanc əldə edib.
Belə ki, ötən mövsümlə müqayisədə gəlirlərini 62 milyon avro artıraraq 393 milyon avroya yüksəldən klub tarixindəki ən böyük qazancını rəsmən xəzinəsinə köçürüb.





