Fransa millisinin hücumçusu Kərim Benzema DÇ-2014-ün pley-off mərhələsi çərçivəsində Ukraynaya qarşı keçirəcəkləri oyun haqda danışıb. Futbolinfo.az xəbər verir ki,təcrübəli forvard ukranları devirib mundiala yollanacaqlarından əminliyini ifadə edib:
"Qarşıdakı hər 2 oyunda maksimum gücümüzü sərf edəcəyik. Dünya çempionatına yollanacağıq, buna əminəm. Geriyə yolumuz yoxdu. Ukraynanı mütləq mübarizədən kənarlaşdırmalıyıq. DÇ-də meydana çıxmağı isə hər bir futbolçu arzulayır”.





