İtaliya millisinin baş məşqçisi Çezare Prandelli "Roma"nın qapıçısı Morqan de Sanktisin çıxışını yaxından izləyir. Futbolinfo.az xəbər verir ki, o, 36 yaşlı qolkiperi yenidən İtaliya millisində görmək məqsədi güdür.
 
Halbuki martda de Sanktis yığmadakı karyerasını başa vurduğunu bəyan etmişdi. Lakin Prandelli onun qərarını dəyişdirmək niyyətindədi. Tərəflər razılığa gələcəyi halda, "Roma"nın qolkiperi DÇ-2014-də İtaliyanın ikinci qapıçısı olacaq. Çünki Prandelli daha əvvəl Buffonun "1 nömrə" olacağını dəfələrlə bəyan edib.
 
Qeyd edək ki, de Sanktis cari mövsüm A seriyasında 12 turdan sonra cəmi 3 qol buraxıb.
Shares: