Zimbabvenin “Midlends Portland” klubunun futbolçularını dəhşətli hadisə ilə qarşılaşıb. Futbolinfo.az xəbər verir ki, sözügedən komandanın futbolçuları uzun müddət qələbə qazana bilmədiyindən rəhbərlik yerli cadugərə müraciət edib.
 
Cadugər isə öz növbəsində oyunçuların Zambezi çayının sahilinə gedərək begemotlar və timsahlar qaynaşan suda yuyunmasını vacib sayıb. Bu yolla futbolçuların pis ruhlardan qurtulacağını söyləyən qadının söylədiklərinə əməl edən 16 oyunçu çaya girib. Lakin futbolçulardan biri çayda timsah və ya begemotlara yem olub.
Shares: