“Napoli”nin prezidenti Aurelio de Laurentis iddialı açıqlama ilə çıxış edib. Futbolinfo.az xəbər verir ki, o, A seriyasında çempionluq mübarizəsi aparan komandanın qış fasiləsində də yayda olduğu kimi səs-küylü transferlərə imza atacağını bildirib:
"Rəqabətcilliyimizi qorumaq üçün yanvarda transferə 50 milyon avro daha xərcləməli olacam. Əgər kifayət qədər pul xərcləməsəm, uğur qazanmaq asan olmaz. Çempionlar Liqasında qalıcı olmaq üçün ən yaxşıları komandaya qatmalıyıq".
Qeyd edək ki, “Napoli” cari mövsümün əvvəlində Pepe Reyna, Qonsalo İquayn, Xose Kallexon və s. Kimi məşhur futbolçular alıb.





