Bir neçə gün öncə Portuqaliyanın "Braqa" klubundan təklif aldığını açıqlayan və "Qarabağ"dan getməyə hazırlaşan yarımmüdafiəçi Muarem Muarem hələ də yekun qərarını verməyib. Futbolinfo.az saytına açıqlamasında makedoniyalı futbolçu bunları söyləyib:
"Bütün idman portallarının "Qarabağ"dan gedəcəyim barədə yazmasını istəməzdim. "Qarabağ" azarkeşləri mənə həqiqətən də öz sevgilərini göstərdilər. Hər kəs məndən niyə oynamamağımın səbəbini soruşur. Bura mənim öz ailəm kimidi. İnsan öz ailəsini buraxıb heç gedər? Bu gecə ətraflı düşünəcəm. Qarşımda böyük bir şans var. Bəlkə də orada ulduz futbolçu ola bilərəm, uşaqlıq arzularım da həyata keçə bilər. Ancaq indi yanımda "Qarabağ" var. "Qarabağ" 2-ci ailəm olduğu üçün çətin seçim qarşısındayam. Amma tez bir zamanda qərarımı verməliyəm".





