İngiltərə yığmasının təcrübəli futbolçusu Stiven Cerard Çili ilə keçiriləcək yoldaşlıq oyununu buraxmalı olacaq. Futbolinfo.az xəbər verir ki, yarımmüdafiəçinin yalnız Almaniya ilə oyuna hazır ola biləcəyi bildirilir.
 
Belində ağrılar hiss edən oyunçu komandadan ayrı məşq edib. İngiltərə yığmasının baş məşqçisi Roy Hocson Cerardın durumu ilə bağlı bunları deyib:
 
"Cerard Çiliylə qarşı oynaya bilməyəcək. Futbolçu indi müalicə alır. Ümid edirik ki, Almaniya ilə görüşdə oynaya biləcək".
 
Qeyd edək ki, İngiltərənin həm Çili, həm də Almaniya ilə yoldaşlıq görüşü Londonda keçiriləcək. 
Shares: