Bu gün futbol üzrə Azərbaycanın əsas yığma komandası növbəti matçına çıxıb. Futbolinfo.az xəbər verir ki, Berti Foqtsun rəhbərlik etdiyi yığmamız yoldaşlıq oyunu çərçivəsində Estoniyanın qonağı olub.
Bu komanda millimiz üçün tanış rəqib idi. Yığmamız tarixi ərzində 8-ci dəfə estonlarla üz-üzə gəlirdi. Əvvəlki 7 qarşılaşmada Azərbaycan cəmi 1 dəfə qələbəyə sevinə bilmişdi. Estonların qələbəsi isə bizdən çox idi – 2. Daha 4 qarşılaşmada isə heç-heçə qeydə alınmışdı.
 
Millimiz yoldaşlıq oyununa tam heyətlə çıxa bilməmişdi. Buna səbəb Kamran Ağayev, Əfran İsmayılov Rəşad Sadıqov və Rəşad Sadiqovun zədəli olmasıydı. Estonlarla görüş böyük əhəmiyyət kəsb etməsə də, oyunun nəticəsindən asılı olaraq yığmamız reytinq cədvəlində irəliləyə bilərdi. Lakin təəssüf ki, millimiz bu vəzifənin öhdəsindən gələ bilməyib. Hesabı komandamız açsa da, ikinci yarıda 2 qol vuran estonlar əzmkar qələbəyə seviniblər.
 
Qeyd edək ki, bu ilin sonunda AFFA ilə müqaviləsinin müddəti başa çatan alman mütəxəssisin yetirmələri Estoniya millisi ilə görüşdən sonra daha bir yoldaşlıq görüşü keçirəcək. Bu dəfə yığmamız Qırğızıstanla üz-üzə gələcək.
 
Yoldaşlıq oyunu
15 noyabr
 
Estoniya – Azərbaycan – 2:1 (0:1)
Qollar: R.Əliyev, 44 (0:1), S.Zenev, 54 (1:1), J.Lindpere, 66 (2:1).
Hakimlər: Aleksey Nikolayev Oleq Tselovalnikov, Vitali Drozdov (hamısı Rusiya), Silver Koiv (Estoniya).
Tallin. "A. Le Coq Arena".
 
Estoniya: Sergey Pareyko, Ken Kallaste, Artyom Artyunin, Mikk Reyntram, Gert Kams, Konstantin Vasilyev, Aleksandr Dmitriyev, Dmitri Kruqlov, Henrik Oyamaa, Henri Anyer, Sergey Zenev.
Ehtiyat oyunçular: Mihel Aksalu, Karol Mets, Enar Yayqer, Tayo Teniste, Joel Lindpere, Martin Vunk, Sergey Moşnikov, Siim Luts, Tarmo Kink, Rimo Hunt.
Azərbaycan: Anar Nəzirov, Rasim Ramaldanov, Elnur Allahverdiyev, Bədavi Hüseynov (Ufuk Budak, 46), Maksim Medvedev (Əli Gökdəmir, 76), Mahir Şükürov (k), Ruslan Abışov, Rahid Əmirquliyev, Rauf Əliyev, Rüfət Dadaşov (Pərdis Fərcad-Azad, 58), Vaqif Cavadov.
Ehtiyat oyunçular: Fərhad Vəliyev, Səlahət Ağayev, Cihan Özkara, Cavid Hüseynov, Vüqar Nadirov, Vladimir Levin, Ruslan Əmircanov, Taşkın İltər, Vurğun Hüseynov.
Shares: