İtaliyanın "İnter" (Milan) klubu yanvar ayında "Roma" ilə futbolçularını dəyişə bilərlər. Futbolinfo.az zəbər verir ki, söhbət "İnter"in yarımmüdafiəçisi Zdravko Kuzmanoviç və paytaxt klubunda çıxış edən Nikolas Burdisso ilə Markinyodan gedir.
Kuzmanoviçin Milandakı işləri yaxşı getmirsə, "Roma"da da Burdisso ilə Markinyo əsas heyətə çətinliklə düşür. Bu üzdən onların qışda iş yerini dəyişməsi istisna olunmur. İtaliya mətbuatı isə sözügedən klublar arasında bu oyunçularla bağlı sövdələşmə olacağını iddia edir.
26 yaşlı Kuzmanoviç "İnter"ə 2013-cü ildə gəlib və klub heyətində 14 oyun keçirib. Serbiyalı futbolçu yığmada 47 oyun keçirib və 7 dəfə fərqlənməyə nail olub. Markinyo isə "Roma"da 43 oyuna 7 qol vurub. 32 yaşlı Burdisso isə 2009-cu ildən "Roma"dadı və 96 oyuna 6 qol vurub.





