Futbol üzrə Estoniya yığmasının müdafiəçisi Dmitri Kruqlov Azərbaycan yığmasına qarşı keçiriləcək yoldaşlıq oyunu haqda fikirlərini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, o, Estoniya mətbuatına açıqlamasında bunları söyləyib:
“Azərbaycan səviyyəli futbolçuları olan yaxşı komandadı. Son nəticələr onların güclü olduğunu göstərir. Rusiya ilə heç-heçə, Şimali İrlandiya üzərində qələbə buna sübutdu. Biz maraqlı oyun gözləyirik. Belə ki, Azərbaycan və Estoniya yığmalarının fərqli oyun üslubu var”.
Shares: