Futbol üzrə Estoniya yığmasının baş məşqçisi Tarmo Ryüütli bu gün keçiriləcək Azərbaycanla yoldaşlıq oyunu öncəsi fikirlərini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, o, bunları söyləyib:
"Rəqibimiz güclü komandadı. Onlar yaxşı texnikaya malikdilər. Çox hərəkətdə olan, yaxşı təşkilatlanmış komandadı. Zədəli Enar Yaqerlə Martin Vunka gəlincə, onlar yalnız Lixtenşteynlə növbəti görüşdə iştirak edə biləcəklər".
Shares: