“Bavariya” və Fransa yığmasının hücumçusu Frank Riberi namizəd olduğunu “Qızıl top” mükafatı haqda açıqlamalr verməkdə davam edir. Futbolinfo.az xəbər verir ki, futbolçu artıq “Qızıl Top” üçün evdə xüsusi bir yerin hazırlandığını bildirib:
“Həyat yoldaşım artıq “Qızıl top” üçün xüsusi bir yer hazırlayıb. Mən bu haqda düşünməməyə çalışıram. Lakin həyat yoldaşım və bütün “Bavariya” əmindi ki, mən qələbə qazanacağam”.





