Bu gün AÇ-2015-in seçmə mərhələsi çərçivəsində Makedoniya ilə qarşılaşacaq U-21 millimizin və Türkiyənin "Tavşanlı Linyitsor" klubunun qapıçısı Andrey Popoviç zədələnib. Futbolinfo.az xəbər verir ki, bu səbəbdən o, bugünkü qarşılaşmada komandamıza kömək edə bilməyəcək.
Bu barədə saytımıza məlumat verən Popoviç belində ağrıları olduğunu və həkimlərin oynamağa icazə vermədiyini bildirib. Futbolçu həmçinin zədələndiyinə görə çox üzgün olduğunu bildirib.





