İtaliya millisinin və “Yuventus”un yarımmüdafiəçisi Andrea Pirlo klubu ilə yeni müqavilə imzalamağa çox yaxındı. Futbolinfo.az xəbər verir ki, 34 yaşlı futbolçu komandası ilə 2016-cı ilə qədər sözləşmə bağlaya bilər.
Yeni müqaviləyə əsasən Pirlo illik 3,5 milyon avro əmək haqqı alacaq.
Qeyd edək ki, bir müddət öncə Pirlonun buy ay “Yuve”dən ayrılacağına dair xəbərlər yayılmışdı.





