"Qarabağ"ın iki futbolçusu qışda komandanı tərk edəcək. Etibarlı mənbədən Futbolinfo.az saytına verilən xəbərə görə, Namiq Yusifov və İlqar Qurbanov Ağdam təmsilçisi ilə yollarını ayıracaq.
 
Əsas heyətə düşməkdə çətinlik çəkən yarımmüdafiəçilərin hansı komandaya keçəcəyi isə hələlik bilinmir. Bundan əlavə mənbə futbolçuların komandanın baş məşqçisi Qurban Qurbanovla görüşdüyünü və razılığın əldə olunduğunu da bildirib.
 
Qeyd edək ki, Namiq 2008-ci, İlqar isə 2011-ci ildən "Qarabağ"da çıxış edir. Cari mövsümdə Yusifov 4, Qurbanov isə 2 dəfə start heyətdə meydana çıxıb. Onlar həmçinin hərəyə iki dəfə əvəzetmədən oyuna daxil olublar.
 
Qurbanovun müqavilə müddətinin 2014-cü ilin yayında, Yusifovun müqavilə müddətinin isə 2016-cı ildə başa çatacağını da vurğulayaq. 
Shares: