Futbol üzrə Estoniya yığmasının yarımmüdafiəçisi Dmitri Kruqlov Azərbaycana qarşı keçirdikləri yoldaşlıq matçını şərh edib. Futbolinfo.az xəbər verir ki, estoniyalı futbolçu komandasının 2:1 hesablı qələbəsi ilə bağlı bunları söyləyib:
 
"Azərbaycan meydanda yaxşı hərəkət edirdi, topa sahib olmağa çalışırdı. Amma biz bu oyunda qalib gəlməyə borclu idik. Komandamız daha çox qol epizodu yaradırdı. Fikrimcə, layiqli qələbə qazandıq".
Shares: