UEFA prezidenti Mişel Platini son zamanlar dünya futbolunda tez-tez təsadüf olunan irqçi şüarlarla bağlı maraqlı təklif edib. Futbolinfo.az Avropa mətbuatına 
istinadən xəbər verir ki, Platini irqçi şüarlarla bağlı klubların yox, azarkeşlərin cəzalandırılmalı olduğunu bildirib:
 
"Klubları və oyunçuları etmədikləri hərəkətə görə günahkar çıxarmaq düzgün deyil. Bu məsələni konqresdə də müzakirə etmişik. Əgər bir futbolçu digər oyunçuya qarşı kobud hərəkət edirsə, o, bu səbəbdən cəzalandırılır. Azarkeşlər də hər hansı səhvə yol verdikdə, cəzalandırılmalıdı".
Qeyd edək ki, son olaraq FİFA irqçiliyə görə komandaların ciddi şəkildə cəzalandırılmasını nəzərdə tutan islahatlar aparacağını açıqlamışdı.
Shares: