Fransa millisinin hücumçusu Kərim Benzema dünən Ukrayna ilə keçirilən oyundan sonra maraqlı açıqlamalar verib. Futbolinfo.az xəbər verir ki, DÇ-2014-ə çıxmaq üçün pley-off mərhələsi çərçivəsində baş tutan qarşılaşmada fransızların məğlub olması (0:2) forvardı heç də ruhdan salmayıb.
 
O, cavab matçında qələbə qazanmaq üçün əllərindən gələni edəcəklərini bildirib: "Oyundan öncə Fransa favorit göstərilirdi. Ancaq bu qələbə qazanmaq üçün kifayət etmir. Ukrayna fiziki cəhətdən oyuna daha yaxşı hazırlaşmışdı və bu da qələbə əsas rol oynadı. Cavab matçında qələbə qazamaq üçün əlimizdən gələni edəcəyik".
 
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu noyabrın 19-da Parisdə keçiriləcək.
Shares: