Türkiyənin Super Liqasında növbəti baş məşqçı dəyişikliyi yaşanıb. Futbolinfo.az xəbər verir ki, "Qaziantepspor" rəhbərliyi komandanı yeni çalışdırıcıya həvalə edib.
 
Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bundan Qaziantep klubunu ölkənin tanınmış idman simalarından Sərgən Yalçın çalışdıracaq. Bu barədə açıqlama verən klubun nümayəndəsi Mustafa Kızıl baş məşqçi ilə ilyarımlıq müqavilə imzaladıqlarını bildirib. 41 yaşlı mütəxəssisin  köməkçiləri Tamer Tuna, Murat şahin və Stefano Morreno olacaq.
 
Qeyd edək ki, S.Yalçın bundan əvvəl məşqçi olaraq “Beşiktaş”ın aşağı yaş qrupları üzrə komandalarında çalışmışdı. Bu onun peşəkar komandada ilk təcrübəsi olacaq.
Shares: