Türkiyə Futbol Federasiyası (TFF) yığmanın baş məşqçisi Fatih Terimlə müqaviləni yeniləyib. Futbolinfo.az xəbər verir ki,dünən axşam saatlarında baş tutan imza mərasimində təcrübəli mütəxəssis 5+2 illik sazişə qol çəkib.
 
TFF-nin prezidenti Yıldırım Dəmirörən baş məşqçi ilə rahat şəkildə razılıq əldə etdiklərini bildirib: "Onunla nə müqavilənin müddəti, nə də pul barədə danışdıq. Düzdü, o, əvvəlcə maya qədər yeni sözləşmə imzalayacağını bildirmişdi. Ancaq sonar onu razı sala bildik".
 
F.Terim isə yığma ilə müqaviləni uzatmaq barədə qərarını elə ötən gün verdiyini deyib: "Prezidentə iki gündü ki, bu barədə razılıq vermirdim. Amma son iclasdan sonra müqaviləni yeniləmək haqda qərar verdik. İnşallah, türk futbolu üçün xeyirli olar".
 
Qeyd edək ki, “imperator”un maaşı barədə məlumat verilməyib. Dəmirörən bu haqda ancaq Terimin danışa biləcəyini vurğulayıb.
Shares: