"Qarabağ" Topaz Premyer Liqasının 14-cü turunun "Rəvan"la oyununa ciddi itkilərlə çıxacaq. Futbolinfo.az xəbər verir ki, komandanın bəzi liderləri zədəli və cəzalı durumdadı.
Belə ki, komandanın kapitanı Rəşad Sadıqov bu ilin sonuna kimi futbol oynamaya bilər. Zədəsi ciddi olan təcrübəli müdafiəçinin hələ xeyli müddət yaşıl meydanlardan kənar qalacağı bildirilir. Ağdamlıların digər mərkəz müdafiəçisi Admir Teli də zədəlidi. Amma onun Rəşaddan daha tez sıraya dönməsi gözlənilir. Albaniyalı futbolçunun "Rəvan"la görüşdə iştirakı sual altındadı. Qara Qarayev də zədəsini yeni bərpa edib və baş məşqçi Qurban Qurbanov yalnız zərurət olacağı halda onu meydana buraxacaq.
Braziliyalı yarımmüdafiəçi Riçard Almeydanın vəziyyəti isə fərqlidi. O, sarı vərəqə limitini keçdiyinə görə "Rəvan"la oyunda meydana çıxa bilməyəcək.
Qeyd edək ki, "Qarabağ" – "Rəvan" oyunu noyabrın 24-də keçiriləcək.





