İsveç millisinin futbolçusu Zlatan İbrahimoviç DÇ-2014-ün pley-off mərhələsində Portuqaliya ilə baş tutan oyundan (0:1) sonra maraqlı açıqlama verib. Futbolinfo.az xəbər verir ki, təcrübəli hücumçu komandasının sözügedən qarşılaşmada yaxşı təsir bağışlamadığını deyib:
 
"Rəqib qapısı qarşısında qol epizodu yarada bilmədik. Hücum etmək elə də asan deyildi. Yarımmüdafiədə yaxşı təsir bağışlaya bilmədiyimiz üçün uduzduq. Ancaq yenə də minimal hesablı məğlubiyyət iki qolla uduzmaqdan daha yaxşıdı. Cavab qarşılaşması belə keçməməlidi. Azarkeşlərdən böyük dəstək gözləyirəm: "Onların böyük dəstəyinə ehtiyacımız var. Biz də meydanda əlimizdən gələni edəcəyik".
Shares: