"Qalatasaray"ın yarımmüdafiəçisi Nordin Amrabat karyerasını Rusiyada davam etdirə bilər. Futbolinfo.az xəbər verir ki, soyuq ölkənin klubları mərakeşlinin xidmətində maraqlıdı.
 
Xüsusilə də paytaxt Moskva təmsilçiləri 26 yaşlı yarımmüdafiəçini rənglərinə bağlamaq arzusundadı. "Dinamo" və "Spartak" Amrabatla yaxından maraqlanır. "Dinamo"nun Nordin üçün 8, "Spartak"ın isə 5 milyon avro təklif etdiyi gələn xəbərlər arasındadı. Hələlik "Qalatasaray" bu təkliflərə rəsmi münasibət bildirməyib.
 
Xatırladaq ki, cari mövsümdə Amrabat ÇL-də 4, Türkiyə Superliqasında 3 matçda forma geyib.
Shares: