Futbol üzrə Azərbaycanın 1-ci divizionunun 10-cu turu çərçivəsində "Lokomotiv"ın qonağı olan “Kəpəz” 2:3 hesabı ilə məğlub oldu. Oyundan sonra Gəncə komandasının baş məşqçisi Vidadi Rzayev futbolinfo.az saytına oyun haqda fikirlərini və istefa verdiyini bildirdi:
"1:0 irəlidə olub, sonradan məğlub olmaq təsiredicidi. Ümumi götürdükdə hakim oyuna təsir edən səhvlərə yol vermədi. Əlimizdə olan futbolçular oynamağımıza təsir etdi. Taktiki dəyişiklik etmək çətinlik yaradır. Rəqib bizim zəif nöqtələrimizi tutdu. İkinci hissədə gücləndilər. Yenə də deyirəm, əlimdə müdafiəçi də yoxdu. Biri zədəlidi. Digəri oynamaq istəmədi. İstefa verməyi düşünürəm. Bu, mənim son oyunum idi. Klub prezidenti Mehman Allahverdiyevə müraciət edəcəm və istefa verdiyimi bildirəcəm".
 
Diqqətçəkən məqamlardan biri də Vidadı Rzayevin bu oyunda üzərində “Neftçi”nin gödəkcəsinin olması idi. O, bu məsələyə də aydınlıq gətirdi: "Əynimdə “Neftçi”nin gödəkçəsi olmasının özəl bir səbəbi yoxdu. Desəm ki, komandada forma çatmır düzgün olmaz. Yəni heç bir səbəbi yoxdu. Sadəcə, özüm belə geymişəm”.
Shares: